“Qarabağ”ın qapıçısı Andrey Lunyova daha bir müştəri çıxıb. Matc.az xəbər verir ki, Moskva “Dinamo”su da təcrübəli qolkiperi heyətinə qatmaq niyyətindədi.

Bu barədə məlumatı jurnalist İvan Karpov öz teleqram səhifəsində yayıb. Onun yazdığına görə, “Dinamo” yay transfer dövründə qapı xəttini gücləndirməyi planlaşdırır və bu mövqeyə ilk namizəd Lunyovdu. Moskvalılar 32 yaşlı çərçivə qoruyucusu ilə yaxından maraqlanırlar.

Rusiyalı qolkiperin adı bir müddət öncə ölkəsinin başqa klubu ilə birgə hallanmışdı. Həmin vaxt “Krılya Sovetov”un Andreyi transfer etmək istədiyinə dair xəbərlər yayılmışdı.

Lunyovun “Qarabağ”la 1+1 illik sözləşməsi var. Bu isə o deməkdi ki, Ağdam klubu onu heyətində saxlamaqda daha şanslıdı.

Qeyd edək ki, “Qarabağ”da 99 nömrəli formanı geyinən Andrey Lunyov ötən ilin yayından “köhlən atlılar”ın uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest