16 May 2024, 11:38
FUTBOL
İtaliya Kubokunun finalı “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis turnirin tarixinə düşüb.
Belə ki, komandasının “Atalanta”nı 1:0 hesabı ilə məğlub etməsi sayəsində Alleqri İtaliya Kuboku tarixinin ən titullu məşqçisinə çevrilib. Onun bu turnirdə 5 nailiyyəti var (2014-15, 2015-16, 2016-17, 2017-18, 2023-24). Alleqri hərəyə 4 kuboku olan Roberto Mançini və Sven-Yoran Erikssonu qabaqlayıb.
Qeyd edək ki, Massimiliano Alleqri 2021-ci ildən “Yuventus”a rəhbərlik edib. 56 yaşlı mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına kimidi.