16 May 2024, 00:06
FUTBOL
Premyer Liqamızın bombardirlər siyahısına 18 qolla başçılıq edən Juninyoya daha bir müştəri çıxıb.
Matc.az xəbər verir ki, Juninyo Türkiyə və Səudiyyə Ərəbistanından sonra Rusiyanın "Krasnodar" klubunun da maraq dairəsinə düşüb.
Ötən ili Kadi Borgesi 5 milyon avroya "Qarabağ"dan transfer edən Rusiya təmsilçisi indi də braziliyalı forvardı heyətinə qatmaq niyyətindədir.
Tərəflar transferin bəzi detalları ətrafında danışıqlar aparıb. Rusiya klubu danışıqların növbəti mərhələsində "Qarabağ"a rəsmi təklif göndərəcəyi ehtimal olunur.