15 May 2024, 22:25
FUTBOL
Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimləri görə bilərik.
Matc.az xəbər verir ki, dəvət olunan xarici referilərin yaşıl meydanda deyil, VAR-da yer alacaqları bildirilir.
Lakin bu qərar bütün matçlara şamil edilməyəcək. Böyük ehtimalla, eyni vaxtlarda başlayacaq görüşlərdə, yəni avrokuboklar uğrunda mübarizə aparan kollektivlərin qarşılaşmalarında, VAR-da əcnəbi hakimlərin xidmətindən istifadə ediləcək. AFFA şəffavlığı təmin etmək üçün əcnəbi hakimlərin xidmətindən yararlanmağı düşünür.
Xatırladaq ki, 35-ci turda “Sabah” - “Sumqayıt”, “Səbail” - “Neftçi”, “Kəpəz” - “Zirə” matçları eyni vaxtda başlayacaq.