Fransa yığmasının müdafiəçisi Rafael Varan “Mançester Yunayted”dən ayrılacaq. Matc.az xəbər verir ki, bunu İngiltərə klubu rəsmən açıqlayıb.

Belə ki, 31 yaşlı futbolçunun cari mövsümün sonunda bitəcək müqaviləsi yenilənməyəcək. Tərəflər yolların ayrılmasına qərar veriblər.

Qeyd edək ki, Varan 2021-ci ilin yayından “mankunianlar”ın formasını geyinir. O, “Mançester Yunayted”in heyətində ümumilikdə 93 oyun keçirib və 2 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest