14 May 2024, 09:42
FUTBOL
İtaliya A seriyasında 36-cı tur başa çatıb. Matc.az xəbər verir ki, turun sonuncu görüşü Florensiyada keçirilib.
“Montsa”nı qəbul edən “Fiorentina” 9-cu dəqiqədə Milan Dyuriçin qolu ilə hesabda geri düşməsinə baxmayaraq, oyunun gedişatını dəyişməyi bacarıb. 32-ci dəqiqədə Nikolas Qonzales, 78-ci dəqiqədə isə Artur Melonun vurduğu qollar ev sahiblərinə qələbə qazandırıb.
Xallarının sayını 53-ə çatdıran “Fiorentina” hazırda turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. 45 xalı olan “Montsa” isə 12-cidi.