Türkiyə Superliqasının "Trabzonspor" və "Başakşəhər" klublarında da forma geyinmiş Edqar Le haqqında şok iddia ortaya atılıb. Matc.az xəbər verir ki, futbolçunun hazırda çıxış etdiyi “Dinamo Buxarest”də komandasının 5 qarşılaşmasında öz yerinə əkiz qardaşının oynadığı iddia edilir.

Digər bir iddiaya görə isə, Rumıniya Futbol Federasiyası mərkəz müdafiəçisinə DNT testinin tətbiq ediləcəyini bildirib. Əgər xəbərin doğruluğu öz təsdiqini taparsa, Buxarest təmsilçisinin 5 matçda əldə etdiyi 8 xalının silinəcəyi gözlənilir.

Qeyd edək ki, komanda 29 xalla 14-cü yerdə qərarlaşıb və 8 xalın silinəcəyi təqdirdə isə, birbaşa aşağı liqaya düşə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest