"Ciddi əlavəm olmadı. Bəzi detallar ətrafında müzakirə getdi, fikirlərimizi bildirdik. Qeyd olundu ki, belə görüşlər tez-tez keçirilsin. Ətraflı müzakirələr aparıb, futbolun inkişafı üçün nələri yaxşılaşdırmaq olar, baxacağıq. Yaxşı görüş oldu"
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıdan sonra İK üzvü və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Mütəxəssis görüş haqda bunları dedi:
– Ümumən, maraqlı görüş oldu. Qərarlar az olsa da, gələcəklə bağlı – planlar, nələrə diqqət ayrılacaq deyə müzakirələr oldu.
– Hansı təklifləriniz oldu?
– Ciddi əlavəm olmadı. Bəzi detallar ətrafında müzakirə getdi, fikirlərimizi bildirdik. Qeyd olundu ki, belə görüşlər tez-tez keçirilsin. Ətraflı müzakirələr aparıb, futbolun inkişafı üçün nələri yaxşılaşdırmaq olar, baxacağıq. Yaxşı görüş oldu.
– Komanda sayının artırılmamasına səbəb nə göstərildi?
– Qısaca, şərait və infrastruktur. Elə komandalar var ki, yaxşı infrastrukturları yoxdur. Bölgələrdə bu yöndə işlər görüldü. Gələcəkdə komanda sayının artırılmasına toxunuldu və nəzərə alınacaq.
– Strukturun yaxşılaşdırılması üçün AFFA tərəfindən hansısa planlar müzakirə olundu?
– Görünən odur ki, AFFA da dövlət səviyyəsində müzakirələr aparılacaq. Sonda doğru qərar veriləcəyinə inanırıq.
– Klublara ödənilən məbləğ dəyişildi?
– Bu, qarşıdakı görüşlərdə bilinəcək. Müzakirəyə açıq mövzudur. Yəqin, illik xərclər hesablanandan sonra qərarlar olacaq.
– Legioner limitinin belə qalması hansı əsasla oldu?
– Hamı ortaq fikirdə oldu. Çox müzakirə keçmədi. İndiki məqamda “7+4″un olması doğru oldu.
– I Liqada çempion olan komanda 100 faiz elitaya qalxacaq, ya lisenziya verilən?
– Böyük ehtimal, birinci sırada olan komanda buna hazır olmalıdır. Lazım olan halda, lisenziya veriləcək. futbolpress.az