Ağdamlılar 2022-23 mövsümündə 91 dəfə fərqlənib. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdi.

“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə 91-ci qolunu vurub. Matc.az xəbər verir ki, Ağdam klubu bu rəqəmə XXXIV turun “Zirə” ilə görüşündəki 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022-23 mövsümündə 91 dəfə fərqlənib. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdi.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest