Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "NS-INFO" məlumat yayıb. Turnirin həlledici oyununun Afinadakı "Ayasofya" stadionunda baş tutması planlaşdırılır. Mənbənin sözlərinə görə, yerli hüquq-mühafizə orqanları Yunanıstanda qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir.
 
Bu səbəbdən avrokubokların finalı Budapeştə, "Puşkas Arena"da keçirilə bilər.
 
Qeyd edək ki, KL finalı mayın 29-da saat 23:00-da "Olimpiakos" və "Fiorentina" klubları arasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest