11 May 2024, 10:11
FUTBOL
Polşalı hakim Şimon Marçiniak AVRO-2024-ə buraxılmayacaq.
Matc.az xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının ikinci yarımfinal mərhələsinin “Real” – “Bavariya” oyunun sonunda (2:1) buraxdığı səhv olub.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin açılış matçı Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək.
Marçiniak daha əvvəl Argentina və Fransa arasında 2022-ci il Dünya Çempionatının finalında, eləcə də 2022/23 Çempionlar Liqasının “Mançester Siti” ilə “İnter” arasında keçirilən final oyununda hakimlik edib.