10 May 2024, 17:52
FUTBOL
“Napoli” hücumçusu Xviça Kvaratsxeliyanı satmağa hazırdı. Matc.az xəbər verir ki, İtaliya klubu Gürcüstan millisinin üzvünün transfer qiymətini müəyyənləşdirib.
Neapollular aparıcı klubların maraq dairəsində olan 23 yaşlı forvardın satışından 120-130 milyon avroluq qazanc götürməyi planlaşdırır. Xviçanı heyətinə qatmağı ən çox istəyən komanda PSJ-di. “Napoli”nin prezidenti Aurelio De Laurentis forvardı satmamaq üçün ondan ötrü yüksək məbləğdə qiymət “oxuyub”.
Qeyd edək ki, Xviça Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdi. O, cari mövsüm 42 oyunda 10 qol, 9 assistlə yadda qalıb.