Reqlamentə əsasən, UEFA turnirin finalçısına 15,5 milyon, qalibinə isə 20 milyon avro ödəyəcək. Bu isə o deməkdi ki, “Real” finalda qələbə qazansa belə, “Borussiya” rəqibindən çox gəlir əldə edəcək.

Dortmund “Borussiya”sı yarımmüdafiəçi Cud Bellinqemin transferi üçün “Real”la müqavilədə nəzərdə tutulan 7 milyon avroya qədər gəlir əldə edə bilər. Matc.az xəbər verir ki, Madrid klubu Çempionlar Liqasını qazansa, almanlara 5 milyon, ingiltərəli mövsümün komandasına düşərsə, daha 2 milyon ödəyəcək.

Maraqlıdı ki, “Real”ın finaldakı rəqibi məhz “Borussiya”dı. Reqlamentə əsasən, UEFA turnirin finalçısına 15,5 milyon, qalibinə isə 20 milyon avro ödəyəcək. Bu isə o deməkdi ki, “Real” finalda qələbə qazansa belə, “Borussiya” rəqibindən çox gəlir əldə edəcək.

Qeyd edək ki, “Real”la “Borussiya” arasında final görüşü iyunun 1-də “Uembli” stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest