Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, “Əl-Nəsr” “Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemironun nümayəndələri ilə danışıqlara başlayıb.

Ərəblər 32 yaşlı braziliyalı üçün İngiltərə klubuna 40 milyon avro ödəməyə hazırdı. Kasemironun özünə isə 3 illik müqavilə təklif olunub. Kasemiro hələlik yekun qərarını verməyib. Lakin “qırmızı şeytanlar”ın uğursuz çıxışı və “Əl-Nəsr”in yüksək məvacib təklifi onun keçidini sürətləndirə bilər.

Qeyd edək ki, Kasemiro bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 5 qol, 3 assistlə yadda qalıb. O, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə daha əvvəl “Real”da birgə çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest