U-16 Liqasında çıxış edən “Masallı” klubu texniki məğlubiyyət alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

Buna komandanın “Turan Tovuz”la səfərdə keçirilməli olan çempionat matçına təyin edilən vaxtda gəlməməsi səbəb olub.

Bu səbəbdən "Masallı"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest