AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, qurum Premyer Liqanın XXXII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. “Kəpəz”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, qurum Premyer Liqanın XXXII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.

“Kəpəz”lə görüşdə 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib.

“Sumqayıt” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması birincilərin 800 manat cərimə edilməsinə səbəb olub. Qarşılaşmanın 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılan “Qarabağ” 800 manat cərimələnib.

“Zirə” – “Araz-Naxçıvan” oyununda isə oyunçuları tərəfindən texniki zonanın dam örtüyünə vurulmuş zərərin “Araz-Naxçıvan” tərəfindən ödənilməsi qərara alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest