03 May 2024, 09:30
FUTBOL
Serbiya çempionatının yeni qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Srvena Zvezda" XXXIII turunda “Baçka Topola” üzərində 2:1 hesablı qələbə qazanıb.
Bununla xallarının sayını 84-ə çatdıran Belqrad klubu mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. İkinci pillədəki “Partizan”ın aktivində 70 xal var.
Bununla “Srvena Zvezda” ardıcıl 7-ci dəfə Serbiya çempionluğunu qazanıb. Komanda növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququna yiyələnib.