"Real" klubda 15 mövsüm oynamış keçmiş müdafiəçisi Marselonun oğlu Enzo Alveşlə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, Marselo hələ karyerasını bitirməyib və hazırda "Fluminense"də oynayır, lakin oğlu Enzo Alves "Real"da qalır. 14 yaşlı futbolçu bu mövsüm "Los Blankos" üçün 17 qolla öz yaş qrupunun bombardiridir.
 
Bu yaxınlarda o, İspaniyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasında debüt edib və milli komandadakı ikinci oyununda qol vurub.
 
Alveşin yeni müqaviləsi 2027-ci ilə qədər uzadılıb ki, bu da bir futbolçunun o yaşda müqavilə imzalaya biləcəyi maksimum müddətdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest