Misli Premyer Liqasının XXXIII turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Zirə” matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda 5 AZN-lik VİP biletlər də satışa çıxarılıb. Azarkeşləri matçdan sonra sürpriz gözləyir. Belə ki, oyun bitdikdən sonra “Turan Tovuz”un rəsmi tərəfdaşı olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil ediləcək. Bu isə o deməkdir ki, bilet alan azarkeşlərin hədiyyə qazanmaq şansı olacaq.

Qeyd edək ki, “Turan Tovuz” - “Zirə” görüşü mayın 5-i saat 16:30-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest