Klubların yeni dünya reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, “Opta” idman analitikası şirkətinin açıqladığı reytinq siyahısında ümumilikdə 13 min 381 klub yer alıb.

Premyer Liqanın təmsilçiləri də bu komandaların arasında yer alıblar. Mövsümün sonuna 8 tur qalmış çempionluğu təmin etmiş “Qarabağ” ilk “100-lüy”ə düşə bilməyib. Ağdam klubu geriləyərək, 118-ci sırada qərarlaşıb.

“Zirə”, “Səbail”, “Turan Tovuz” və “Qəbələ” klubları da reytinqdə geriləyiblər. “Zirə” hazırda 727-ci, “Turan Tovuz” 1108-ci, “Səbail” 1293-cü, “Qəbələ” isə 1948-cidir.

Digər klublarımızın reytinqdəki vəziyyətində isə irəliləyiş qeydə alınıb. Belə ki, “Sumqayıt”, “Neftçi”, “Sabah”, “Araz-Naxçıvan” və “Kəpəz” irəliləyişə nail olublar. “Sabah” 558-ci, “Neftçi” 631-ci, “Sumqayıt” 1003-cü, “Kəpəz” 1532-ci, “Araz-Naxçıvan” isə 1755-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” başçılıq edir. “Şəhərlilər” 100 xala malikdirlər. 98 xalı olan “Real” ikinci, 97,6 xalla “İnter” isə üçüncüdür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest