01 May 2024, 17:19
FUTBOL
“Barselona”nın müdafiəçisi Ronald Arauxo ilə maraqlanan klubların sayı artmaqdadı. Matc.az xəbər verir ki, Uruqvay millisinin üzvü xüsusən də İngiltərə təmsilçilərinin diqqət mərkəzindədi.
25 yaşlı oyunçunu “Mançester Yunayted”dən sonra “Çelsi” də heyətinə qatmaq fikrinə düşüb. “Mankunianlar” transfer müqabilində 100 milyon avronu ayırmağı qərar alıb. London komandası da təxminən buna uyğun təkliflə çıxış edəcək. “Zadəganlar” futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Ronald Arauxonun “Barselona” ilə hazırkı müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.