02 May 2024, 01:00
FUTBOL
Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. Matc.az xəbər verir ki, bununla ilk görüşlər başa çatıb.
Dortmund “Borussiya”sı Almaniyada Fransa çempionu PSJ-ni qəbul edib.Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yarımfinalın ilk oyununda “Bavariya” ilə “Real” heç-heçə (2:2) edib.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
“Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) 1:0
Qol: Fülkruq, 36
Baş hakim: Entoni Teylor (İngiltərə)
Dortmund, “Siqnal İduna Park” stadionu.