PSJ rəhbərliyi baş məşqçi Luis Enrikeni komandada saxlamaqda maraqlıdır.
 
Matc.az xəbər verir ki, parislilər ispaniyalı ilə müqaviləni uzatmaq istəyirlər. Rəhbərlik Luis Enrike ətrafında yeni uzunmüddətli layihə qurmaq istəyir. İspan məşqçinin müqaviləsi 2025-ci ilin yayında başa çatır. Yeni sözləşmə imzalansa, 53 yaşlı Enrike daha çox idarəetmə variantları əldə edəcək.
 
Ötən bazar günü PSJ vaxtından əvvəl Fransa çempionu olub və Çempionlar Liqasının yarımfinalına yüksəlib. Yeni müqavilənin imzalanması Çempionlar Liqasında iki oyunluq qarşıdurmanın nəticəsindən asılı olmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest