“Qarabağ”ın bu mövsüm Avropa Liqasındakı uğurlu çıxışı bir neçə futbolçusunun Avropa klublarının maraq dairəsinə düşməsinə səbəb olub. Matc.az xəbər verir ki, Ağdam klubunun ən çox diqqətçəkən oyunçularından biri də Abdullah Zubir olub.

Fransalı yarımmüdafiəçi “Top-5” liqa klublarının maraq dairəsindədi. Almaniyanın “Auqsburq” komandası ilə yanaşı, Fransa Liqa 1-də çıxış edən bir klub da 32 yaşlı vingerin keçidində maraqlıdı.

Anacaq Zubir uğrunda mübarizədə “Seltik” favorit hesab olunur. Çünki Şotlandiya klubu vaxt itirmədən hərəkətə gəlib. “Seltik” mövsüm bitməmiş fransalı ilə müqavilə imzalamağı planlaşdırır. Onun “Qarabağ”da qalmaq ehtimalının az olduğu iddia olunur.

Qeyd edək ki, Zubirin Azərbaycan çempionu ilə müqaviləsi mövsümün sonuna qədərdi. O, 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest