“Qremio” ilə müqaviləsi qışda başa çatacaq uruqvaylı hücumçu Luis Suares gələcəyi ilə bağlı danışıb.

Matc.az xəbər verir ki, 36 yaşlı forvard karyerasını Lionel Messi də daxil olmaqla keçmiş "Barselona"dakı komanda yoldaşlarının oynadığı "İnter"də davam etdirəcək. Oyunçu bu barədə yerli mətbuata açıqlama verib: “Ağrı hiss edirəm. Bədənim mənim yerimə danışır. Mən əylənmək və uzun karyeradan sonra özüm üçün qərar vermək istəyirəm. Mən dincəlməliyəm. Ailəmlə vaxt keçirməliyəm. Onda tale göstərəcək ki, mənim gələcəkdə hara düşəcəyimi”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest