Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün keçirilməli olan "Qalatasaray" - "Mançester Yunayted" duelinin təxirə salınma ehtimalı var.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Buna səbəb ölkədə güclü yağışın yağmasıdır. UEFA nümayəndələri görüşün keçiriləcəyi "Rams Park"ın ot örtüyünə baxıb. Ot örtüyü indiki duruma oynanılacaq vəziyyətdədir. Ancaq yağış şiddətli şəkildə davam etdiyi üçün görüş təxirə düşə bilər. Qarşılaşmaya az müddət qalmış nümayəndələr ot örtüyünə bir daha baxacaqlar. 

Qeyd edək ki, görüş bu gün saat 21:45-də başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest