"Mançester Siti”nin və Fransa millisinin sabiq müdafiəçisi Benjamin Mendi maaşlarının ödənilməməsinə görə keçmiş komandasına qarşı iddia qaldırıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Mançester təmsilçisi oyunçunun iddialarına görə 2021-ci ilin sentyabrında həftəlik 100 min funt-sterlinq maaş ödəməyi dayandırıb. Prosesdən sonra Çester Kral Məhkəməsi fransızı təqsirsiz hesab edib. İndi oyunçu müqaviləyə əsasən ona aid olan vəsaiti komandadan almağa çalışır. Mendi çox milyon dollarlıq iddia qaldırıb (dəqiq məbləğ göstərilmir).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest