08 Noyabr 2023, 19:39
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Mançester təmsilçisi müqaviləsi 2026-cı ilin yayına qədər olan 31 yaşlı braziliyalını satmaq variantlarını nəzərdən keçirir. Kazemiro son vaxtlar zədə səbəbindən “Mançester Yunayted”də oynamır və klub onun “Real”dan transferinə 80 milyon avro xərcləyib. Futbolçunu satmaqla onu qismən kompensasiya ödəmək niyyətindədir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bir neçə klubu Kazemironun xidmətində maraqlıdır.