08 Noyabr 2023, 18:55
FUTBOL
“İnter" rəhbərliyi və məşqçilər korpusu müdafiəçi Matteo Darmianla müqaviləni uzatmaqda maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bu ilin fevralında Darmian 2024-cü ilin iyununa qədər müqavilə imzalayıb. Mənbənin məlumatına görə, İtaliya təmsilçisi futbolçuya bir mövsümlük yeni sözləşmə təklif etmək niyyətindədir.
Qeyd edək ki, Matteo Darmianın dekabrda 34 yaşı tamam olacaq. O, bu mövsüm bütün “İnter”də 12 oyun keçirib və 1 məhsuldar ötürmə edib.