"Araz-Naxçıvan" 2000-01 və 2001-02 mövsümlərində də yüksək dəstədə mübarizə aparıb. Komanda 2014-15 mövsümündə Premyer Liqada yarışa başlasa da, mübarizəni erkən dayandırdığından, ilk turlardakı nəticələri ləğv olunub.

Azərbaycan Premyer Liqasının VIII turu "Araz-Naxçıvan" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, komanda yüksək liqada 50-ci oyununu keçirib.
 
Azər Bağırovun kollektivi yubiley görüşündə çempionatın lideri "Zirə"ni "Dalğa Arena"da 1:0 hesabı ilə məğlub edib.
 
"Araz-Naxçıvan" 2000-01 və 2001-02 mövsümlərində də yüksək dəstədə mübarizə aparıb. Komanda 2014-15 mövsümündə Premyer Liqada yarışa başlasa da, mübarizəni erkən dayandırdığından, ilk turlardakı nəticələri ləğv olunub.
 
"Araz-Naxçıvan" geridə qalan 50 rəsmi matçın 14-də qələbə qazanıb, 9-da heç-heçə edib, 27-də isə uduzub. Komandanın debütü 2000-ci il avqustun 5-nə təsadüf edib. Həmin vaxt "Araz-Naxçıvan" səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest