Almaniya çempionatının 6-cı turunun matçında "Darmştadt" doğma meydanda "Verder"ə qalib gəlib (4:2).

Matc.az xəbər verir ki, 62-ci dəqiqədə meydan sahibləri 4:0 öndə olub. Qolları Matias Bader (4-cü dəqiqə), Tim Skarke (25), Marvin Mehlem (50) və Tobias Kempe (62-ci penaltidən) vurub. Bremen komandasının heyətində isə qolları Olivye Deman (70-ci) və Miloş Velkoviç (78-ci) vurub. "Darmştadt" üçün bu qələbə Bundesliqada 2017-ci ildən bəri ilk, cari mövsümdə isə birinci olub.

Qeyd edək ki, turnir cədvəlində  "Darmştadt" (4 xal) 15-ci, "Verder" (6 xal) isə 12-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest