"Real"ın kapitanı Naço Fernandez "Jirona"nın yarımmüdafiəçisi Kristian Portodan La Liqanın 8-ci turunun sonunda rəqibini zədələyən ağır oyuna görə üzr istəyib.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Mən qəsdən olmayan hərəkətə görə Portodan üzr istəmək istəyirəm. Bu gün və karyeram boyu heç vaxt kiməsə zərər vermək niyyətində olmamışam. ümid edirəm ki, tez sağalacaqsan".

Qeyd edək ki, "Real" "Jirona"nı 3:0 məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest