"Vacib 3 xal qazandıq.  Bu qələbə bizim üçün çox önəmli idi".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edən "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib:

"Turnir cədvəlində bir-birinə yaxın iki komanda görüşürdü. Bilirdik ki, oyun ağır keçəcək. Gəncədə oynamaq çox çətindir. Bu gün komandadan daha çox oyuna nəzarət etməyi, topu özümüzdə saxlamağı istəmişdik. Komanda bu gün onu etməyə çalışdı. Bu gün istədiklərimi ala bildim. Komandamı təbrik edirəm. Vacib 3 xal qazandıq.  Bu qələbə bizim üçün çox önəmli idi".

- Bu qələbənin növbəti oyunlara nə kimi təsirləri olacaq? İlkin barədə nə deyə bilərsiniz?

- çempionat hələ təzə başlayıb. Bizdə bilirik ki, daha çox oyun keyfiyyətini artırmalıyıq. Qələbə təsadüfi də ola bilər. Amma məni sevindirən odur ki, 3-4 oyundur ki, komanda meydanda mənim istədiyimi verməyə çalışırdı. Əsas oyun elementlərini qaydasına salmaqdı. Bunlar olandan sonra nəticələr də gələcək. İlkin universal oyunçudur. Verdiyimiz tapşırıqların öhtəsindən layiqincə gəlir.

- Oyunda hakimə nəyisə etiraz etdiniz...

-  Ayzayadan öncə Allaşı dəyişmək istəyirdik. Həmin epizodu mən görməmişdim ki, futbolçu dəyişmək istəyib. Normal bir haldır.

- Ayzayanın çıxışı barədə nə deyə bilərsiniz?

- O bizim üçün önəmli futbolçudur. Daha yaxşı ola bilər. öz üzərində daima çalışır. Düşünürəm ki, daha yaxşı Ayzaya görəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest