29 Sentyabr 2023, 22:20
FUTBOL
"Nitsa" bu gün komandanın yarımmüdafiəçisi Aleksis Beka ilə baş verən insidentlə bağlı rəsmi açıqlama yayıb.
Matc.az xəbər verir ki, klubun bəyanatında bunlar yazılıb: "çox şadıq ki, Aleksis üçün hər şey yaxşı bitdi. Ona qulluq edildi. Biz tibbi məxfiliyə hörmət etməyə davam edəcəyik və hər kəsdən eyni şeyi etməyi və məxfiliyinə hörmət etməyi xahiş edəcəyik. Biz onu və bütün klubu dəstəkləyirik".
Xatırladaq ki, "Lokomotiv"in keçmiş futbolçusu yerdən 100 metr hündürlükdə yerləşən körpünün kənarında bir neçə saat qalıb və hər kəsi intiharla hədələyib. Xilasedicilər 22 yaşlı futbolçunu körpünün kənarından çıxmağa və səhv heç nə etməməyə razı salıblar. Şayiələrə görə, futbolçu sevgilisindən ayrılmaqda çətinlik çəkirmiş.