"Barselona" iflasa uğraya bilər..
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Barselona İstintaq Məhkəməsinin rəhbəri Yoaqİn Agirre İspaniya Kral Futbol Federasiyasının (RFEF) texniki komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın işində "Barselona"nı rüşvətxorluqda ittiham edib. Agirre hesab edib ki, Kataloniya klubu 2001-2018-ci illərdə Neqreyranın şirkətlərinə ümumilikdə təxminən 7,5 milyon avro ödəməklə qanunu pozub. "Barselona"nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rosel, Neqreyra, onun oğlu Xavyer və digərlərinə qarşı ittihamlar irəli sürülüb. Lakin hələlik həbslər planlaşdırılmır. Rüşvətxorluq indiyədək bu işə aid edilən fərdi şəxslər arasında korrupsiya cinayətindən daha ağır cəzalar nəzərdə tutur. Cinayətkarlar təqsirli bilinərsə, 3 ildən 6 ilədək həbs cəzası alacaqlar. "Barselona"nın özü peşəkar futbol klubu kimi fəaliyyəti dayandırıla bilər ki, bu da çox güman ki, klubun iflasına gətirib çıxara bilər.