O, son olaraq VI turda "Vest Hem" üzərində qazanılan 3:1 hesablı qələbəyə 1 topla töhfə verib. Salah apreldən bəri bütün qarşılaşmalarda ən azı bir qolda yaxında iştirak edib.

"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqa tarixində özünə məxsus olan tarixi rekordu təkrarlayıb. Matc.az xəbər verir ki, misirli forvard ikinci dəfə ardıcıl 12 oyunda qol vurub və ya məhsuldar ötürmə verib.
 
O, son olaraq VI turda "Vest Hem" üzərində qazanılan 3:1 hesablı qələbəyə 1 topla töhfə verib. Salah apreldən bəri bütün qarşılaşmalarda ən azı bir qolda yaxında iştirak edib.
 
Bundan başqa, Salah mövsümün startında ardıcıl 6 matçda eyni uğura imza atıb. Ona qədər yalnız 4 futbolçu - Devid Bekhem (2000-01), Tyerri Anri (2004-05), Serxio Aquero (2019-20) və Erlinq Haland (2022-23) bunu bacarmışdı. Bekhemin seriyası 7, Halandda isə 9 matç olmuşdu.
 
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm 3 qol, 4 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest