"Futbolda belə hallar yaşanır, çox şişirtmək lazım deyil".

Matc.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında "Qarabağ"a uduzan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib:

"Ağır oyun olacağını bilirdik. "Qarabağ" çempionatın liderlərindəndir. Buna baxmayaraq, planımız rəqib meydançasında oynamaq idi. Lakin fərdi səhvlərdən qollar buraxdıq. Bu gün xal qazana bilərdik, alınmadı. Məzmunlu oyun göstərdik. İstədiyim komanda budur. Tempi saxlaya bilsək, daha samballı "Qəbələ" görə biləcəyik. Meydanda bir-birinə layiq iki komanda var idi. Bu gün rəqibdən səviyyəcə aşağı oynamadıq. İki oyunçu arasında mübahisə oldu. Futbolda belə hallar yaşanır, çox şişirtmək lazım deyil. Hamı tək mənim köməkçilərimi görür. Onlar da oyunun içindədir. Bu gün Qurban Qurbanov da qırmızı vərəqə aldı. O da emosiyalarını cilovlaya bilmədi. Belə şeylər futbolda olur. Heç kimin qərəzini hiss etmirik. Məşqçilərlə həmişə əlaqədə oluruq. Biz o məşqçilərdən deyilik ki, oturub oyuna sakit baxaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest