"Spartak"ın hücumçusu Quinci Promes Moskva polis bölmələrindən birində qalmaqalla üzləşib.

Matc.az xəbər verir ki, məşhur hollandiyalı futbolçu dostlarının narkotik maddənin təsiri altında olması şübhəsi ilə saxlanıldığını öyrəndikdən sonra polis idarəsinə gəlib. Promes dostlarına kömək etməyə çalışdı, lakin onların problemini "aradan qaldıra" bilmədiyindən narazılığını bildirməyə, qışqırmağa və hüquq-mühafizə orqanlarına iddialar irəli sürməyə başladı.

Qeyd edək ki, Quinci Promes artıq vətəni Hollandiyada ciddi hüquqi problemlərlə üzləşib. O, əmisi oğluna bıçaqla xeyli xəsarət yetirməkdə, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest