"Tottenhem" "Hayduk"dan 16 yaşlı xorvatiyalı müdafiəçi Luka Vuşkoviçi alıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu 2025-ci ildə ingilis klubuna keçəcək. Onun "Tottenhem"lə müqaviləsi 2030-cu ilə qədər olacaq. Vuşkoviç 2023-cü ilin fevralında peşəkar debüt etdi və Xorvatiya çempionatının ən gənc debütantı oldu. Daha sonra debüt qolunu vurdu və "Hayduk" tarixinin ən gənc qolçusu oldu.

Vuşkoviç bütün turnirlərdə start heyətdə 11 oyun keçirib. 2022-2023 mövsümündə UEFA Gənclər Liqasının finalına yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest