AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığması ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, yığmanın əsas hücumçusu Marko Arnautoviç zədələnib.
 
34 yaşlı forvard İtaliya A seriyasının V turunda "Empoli" ilə səfər görüşündə "İnter"in heyətində meydanda çox qala bilməyib. Arnautoviç 71-ci dəqiqədə oyuna girsə də, son dəqiqələrdə sol ayağından ciddi xəsarət alıb.
 
Artıq tibbi müayinədən keçən ulduz futbolçunun budunda orta dərəcədə əzələ gərginliyi olduğu açıqlanıb. İlkin proqnoza görə, o, iki ay futboldan uzaq düşəcək. Bu da o deməkdi ki, Arnautoviç oktyabrda yığmanın Belçika və Azərbaycanla keçirəcəyi oyunları buraxacaq.
 
Avstriya yığması oktyabrın 13-də Belçika ilə Vyanada, üç gün sonra isə Azərbaycanla Bakıda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest