25 Sentyabr 2023, 12:45
FUTBOL
Onun Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətdiyi müəyyənləşib.
Bu səbəbdən oyunçu 2 illik diskvalifikasiya ilə üzləşib.
"Zaqatala"nın futbolçusu Mahmud Məmmədov ciddi sanksiyaya məruz qalıb. Matc.az xəbər verir ki, onun Azərbaycan Milli Antidopinq İntizam Komitəsi (AMAİK) tərəfindən qəbul edilən qərarla Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətdiyi müəyyənləşib.
Bu səbəbdən oyunçu 2 illik diskvalifikasiya ilə üzləşib. Bu, 28 iyun 2022-ci il tarixindən hesablanır.
ötən ilin mayında I Divizion çərçivəsində "Neftçi-2" ilə görüşdə çıxış edən Mahmud Məmmədovdan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən toplanan müvafiq nümunələr laboratoriyaya göndərilmişdi. Laboratoriyadan gələn cavab futbolçunun qadağan edilmiş maddədən istifadə etdiyini aşkara çıxarıb.