"İnter" İtaliya çempionatında mövsümün əvvəlində ardıcıl beş oyunda qalib gəlib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bu, klubun tarixində yalnız dördüncü belə haldır.Əvvəllər klub Antonio Kontenin rəhbərliyi altında 2019-2020 mövsümündə, Roberto Mançininin rəhbərliyi altında 2015-2016 mövsümündə və Helenio Herrera rəhbərliyi altında 1966-1967 mövsümündə beş matçda beş qələbə qazanmışdı.

Qeyd edək ki, 2023-2024 mövsümünün beş oyununda Simone İnzaqinin klubu 14 qol vurub və cəmi bir dəfə qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest