"İnqilab Məmmədov bizim oyunlarda özündən nələrsə çıxarır".

Matc.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında "Kəpəz"lə heç-heçə edən "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. çalışdırıcı görüşdən sonra mətbuat konfrasında iştirak edib:

"üstün tərəf biz idik. Oyuna nəzarət etdik, qol imkanları yaratdıq. Rəqib heç nə etmədən iki qol vurdu. Səhvlərimizə görə uduzduq. Rəqib oyunçular vaxtı uzadırlar. Azərbaycan futbolu belə davam edəcəksə, inkişaf olmayacaq. Bir xal üçün bunları etmək düz deyil. Mənim komandam belə oynasa, futbolu buraxıb, başqa işlə məşğul olaram. Futboldan zövq almaq lazımdır. ötən il "Şamaxı" bunu etdi və indi Diviziondadır. Hakim iki metrdən epizodu görmür, VAR-a gedir. Cərimə zərbəsi olanda yan xətt hakimi kənardan qaçıb gəlir, cəriməni göstərir. İnqilab Məmmədov bizim oyunlarda özündən nələrsə çıxarır. Bu hakimin bizim oyunlara təyinat almasını istəməzdik.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest