"Səhvsiz adam yoxdur, güman edirəm ki, bunların üzərində çalışıb, növbəti oyunda dönüş etməyə çalışacağıq. İstefa kəlməsi şüar olaraq mənfi obraz yaradır. Normalda bu sözün böyük dəyəri var. Bəzən bu dəyəri ucuzlaşdırırıq"

"Qorxaq adam deyiləm, sona qədər bacardığımı edəcəm".

Matc.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında "Sabah"la heç-heçə edən "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib. çalışdırıcı görüşdən sonra mətbuat konfrasında iştirak edib:

"Bugünkü oyun çox çətin idi. Hərtərəfli təzyiq var idi. Həm Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq, həm də son oyunda evdə uduzmuşduq və azarkeşlər "istefa" şüarları səsləndirmişdi. "Sabah" sürətli komandadır, onları təhlil etmişdik. Onların qarşısını almaq üçün çalışdıq. Bir xal önəmlidir. Xallarımızın üzərinə biri də əlavə olundu. Premyer Liqada qalmaq üçün daha bir xal qazandıq. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Bu bir xalı "Kəpəz"in pis günündə, yaxşı günündə yanında olan fanatlara hədiyyə etmək istəyirəm. Düşünürəm ki, bu nəticə bizim üçün çempionatda dönüş olacaq. Qələbəsizlik seriyamızı növbəti oyunda dəyişəcəyimizə ümid edirəm. Güclülərə qarşı yaxşı oyun sərgiləyirik. Bu, bir tərəfdən sevinir. Lakin ortabab, bizdən bir az üstün olan komandalara qarşı uduzuruq. Evdə üç oyunda öz səhvlərimizə görə məğlub olduq.

İnşallah ki, çatışmazlıqları həll edəcəyik. Ola bilsin, uşaqları belə oyunlara hazırlaya bilmirik. Səhvsiz adam yoxdur, güman edirəm ki, bunların üzərində çalışıb, növbəti oyunda dönüş etməyə çalışacağıq. İstefa kəlməsi şüar olaraq mənfi obraz yaradır. Normalda bu sözün böyük dəyəri var. Bəzən bu dəyəri ucuzlaşdırırıq. Lazımlı, lazımsız yerlərdə bunu səsləndiririk. 6 turdan sonra yeni qurulmuş komandaya "istefa" şüarı səslənirsə, bununla razılaşa bilmirəm. Bəlkə də, haqları var və nəticələri qəbul etmirlər. Belə şüarlara hazıram. Hər "istefa"ya vəzifədən getmək zəiflikdir. Mən zəif adam deyiləm. "Kəpəz"də fərqi yoxdur haralı işləyir. Konkret olaraq deyirəm, bacarığı olan varsa, işləməlidir. Fərq etmir, ya gəncəli, ya başqası. Mən bunun əleyhinəyəm. Cəbhəyə gəlincə, Gəncə ağır yerdir, burada işləmək çətindir. Bura gələndə vəziyyəti bilirdim. Bilirdim ki. gəncəli olsam da, "istefa" şüarları mənə də səslənəcək. Təəssüflər olsun, 6-cı turda bunu eşitdim. Qorxaq adam deyiləm, sona qədər bacardığımı edəcəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest