"İnter Mayami"nin yarımmüdafiəçisi Benha Kremaşki hücumçu Lionel Messi haqda danışıb.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Messinin transferi başdan ayağa hər şeyi dəyişdi. İndi bir çox insan MLS-də yalnız bir oyunçuya baxır. Peşəkar karyeramın ilk illərində baş verənlərin bir hissəsi ola bilməyim inanılmazdır. Messi kimi həmkarlarımızın olması çox gözəldir və əminəm ki, biz böyüməyə davam edəcəyik. Ancaq aydındır ki, biz işləməyə davam etməliyik. Messi fərqli davranmaq istəmir, məni ən çox təəccübləndirən də bu oldu. O, təvazökardır. Heç vaxt başqalarından üstün olduğunu göstərmək üçün heç nə demir və heç nə etmir və biz buna hörmət edirik. Biz onun şəxsiyyətinə, etdiklərinə və nə qədər təvazökar olduğuna hörmət edirik. Bu, məni həm onun, həm Buskets, həm də Jordi haqqında ən çox təəccübləndirən haldır".