"Barselona" yarımmüdafiəçi Frenki de Yonqun zədələnməsi ilə bağlı açıqlama yayıb.
Matc.az xəbər verir ki, sentyabrın 23-də "Barselona" "Selta Viqo"nu qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. De Yonq görüşə start heyətdə başlasada 36-cı dəqiqədə dəyişdirildi. O, matça zədə səbəbindən davam edə bilmədi. Məlumatda yazılıb: "Komandanın oyunçusu Frenki de Yonquun müayinəsi göstərdi ki, onun sağ topuğunda ciddi zədə var. Onun oynaması mümkün deyil. Yaşıl meydanlara qayıdışı onun sağalmasından asılıdır". Digər İspaniya mətbuatı isə de Yonqun 5-7 həftə, ən azı noyabrın əvvəlinə qədər xəstəxanada qalma riski ilə bağlı xəbər verib. Hətta futbolçunun "El Klassiko"ya qədər də sağalmağı gözlənilmir.
Qeyd edək ki, "Barselona" oktyabrın 28-də "Real"la qarşılaşacaq.