24 Sentyabr 2023, 19:00
FUTBOL
"Qarabağ" Marko Yankoviçlə müqaviləni yeniləyib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ağdam təmsilçisi futbolçu ilə sözləşməni 2 il daha artırıb. Monteneqrolu oyunçu 2027-ci ilin yayına qədər "Qarabağ"ın formasını geyinəcək.
Qeyd edək ki, 2022-ci ilin yayından "Qarabağ"da oynayan Yankoviç komandada 53 matçda 3 qol vurub.