Qətərin "Əl-Əhli" klubunun hücumçusu Yulian Draksler Yaxın Şərqə köçməsinin əsas arqumentinin pul olduğunu deyib.

Matc.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu bununla bağlı açıqlama verib: "İndi mən ayağa qalxıb deyə bilərəm ki, Avropada 12 ildən sonra məni maraqlandıran yeganə şey yeni mədəniyyət, yeni beynəlxalq təcrübə, ərəb dünyasında maraqlı layihədə iştirak etməkdir və pul mövzusuna məhəl qoymuram. Hətta bu aspektlər həqiqətən doğrudur. Onda sözləşmənin maliyyə hissəsinin mənim üçün həlledici olmadığını söyləmək yalan olar. Sonda belə qənaətə gəldim ki, maliyyə hissəsi bizə daha da çox imkanlar verir. Bu mənim üçün vacibdir. Ailə və kənarda olan digər layihələrim üçün".

Qeyd edək ki, Transfermarkt portalının məlumatına görə, "Əl-Əhli" Drakslerin transferi üçün PSJ-yə 9,1 milyon avro ödəyib.Almaniyalı Qətər klubu ilə daha bir mövsüm uzatmaq imkanı ilə iki illik müqavilə imzalayıb. 2014-cü ildə Almaniya millisinin tərkibində dünya çempionu olub. O, ötən həftə almaniyalı Qətər klubuna PSJ-dən keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest