Mahir oyuna ikinci hissədə, hesab 3:0 olarkən daxil olub. O, 65-ci dəqiqədə Menalonu əvəzləyib. Bundan 13 dəqiqə sonra "Astana" erməni futbolçu Hovannisyanın qolu ilə fərqi azaldıb - 3:1.

UEFA Konfrans Liqasında ilk turun oyunları keçirilib. Matc.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su öz meydanında Qazaxıstanın "Astana" klubunu qəbul edib.

Xorvatiya təmsilçisi qarşılaşmadan qələbə ilə ayrılıb. Mahir oyuna ikinci hissədə, hesab 3:0 olarkən daxil olub. O, 65-ci dəqiqədə Menalonu əvəzləyib. Bundan 13 dəqiqə sonra "Astana" erməni futbolçu Hovannisyanın qolu ilə fərqi azaldıb – 3:1.

Buna baxmayaraq, "Dinamo" meydandan 5:1 hesablı qələbə ilə ayrılıb. Meydan sahiblərinin heyətində iki dəfə penaltidən Petkoviç (43; 53), Bulat (58), Marin (85)  və Haliloviç (90+3) fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest