Bunlar qapıçı Mario Mustapiç və hücumçu Salif Sissedi. Hər iki oyunçunun müqaviləsi başa çatıb və rəhbərlik onlarla yeni sözləşməyə ehtiyac duymayıb.

Yay transfer dönəminin fəal komandalarından olan "Kəpəz" daha iki ayrılığı rəsmən açıqlayıb. Matc.az xəbər verir ki, gəncəlilər bu dəfə əcnəbi oyunçuların yola salındığını bəyan edib.
 
Bunlar qapıçı Mario Mustapiç və hücumçu Salif Sissedi. Hər iki oyunçunun müqaviləsi başa çatıb və rəhbərlik onlarla yeni sözləşməyə ehtiyac duymayıb.
 
Geridə qalan mövsümdə Sisse 13 oyunda 1 qol vurubsa, Mustapiç çempionatın 9 görüşündə çərçivəni qoruyub, 12 top buraxıb.
 
Qeyd edək ki, "Kəpəz" daha əvvəl Fərid və Yusif Nəbiyev qardaşlarını yola salıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest